http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Yaponiyada Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağaclar əkilib (FOTO)

05 İyul 2023 , 21:58
Yaponiyada Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağaclar əkilib (FOTO)

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə İto şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Səfirlikdən bildirilib. 

Qeyd edilib ki, tədbirdə İto şəhərinin meri Tetsuya Ono, İsmayıllı və Bakının Xətai rayonunda yapon bağları salmış “Kosugi Zoen” şirkətinin rəhbəri Saki Kosugi, İto şəhər meriyasının rəsmiləri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər. Səfir Gürsel İsmayılzadə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolu barədə məlumat verib. Bildirib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev xalqını dövrün mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxaran, ardıcıl mübarizə yolu ilə müstəqilliyə aparan qüdrətli şəxsiyyətdir. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə çox qısa müddətdə respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb, onun sayəsində az inkişaf etmiş sovet respublikalarından biri olan Azərbaycanın yüksək tərəqqiyə nail olaraq, ölkənin qabaqcıl respublikalarından birinə çevrildiyi bildirilib.

G.İsmayılzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Yaponiya münasibətlərinə verdiyi dəyəri vurğulayaraq Cənubi Qafqaz ölkələrindən ilk olaraq məhz Heydər Əliyevin Yaponiyaya rəsmi səfərə dəvət edildiyini və bu səfərdən sonra ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini bildirib.

Müasir Azərbaycanın inkişaf təməlinin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən İsmayıllı rayonu ilə qardaşlaşmış İto şəhərinin meri Tetsui Ono Azərbaycanın yerləşdiyi regionun lider dövləti olduğunu diqqətə çatdırıb. Tetsui Ono təmsil etdiyi İto şəhərinin Azərbaycan ilə dostlaşmış ilk Yaponiya şəhəri olduğunu diqqətə çatdıraraq, dahi lider Heydər Əliyevin xatirəsinə ağacəkmə mərasiminin məhz İto şəhərində keçirilməsini böyük fərəh hissi ilə qarşıladığını vurğulayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş şam və sakura ağacları əkilib, üzərində Azərbaycan və yapon dillərində “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə” sözləri yazılmış xatirə lövhəsi quraşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

XƏBƏR LENTİ
  • 20:15

    Lavrov: Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
  • 19:23

    Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
Menyu