http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərləri İsveçdə Quranın yandırılmasını pisləyib

05 İyul 2023 , 22:10
Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərləri İsveçdə Quranın yandırılmasını pisləyib

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qoşulmama Hərəkatının əsasında “Banduq prinsipləri”nin dayandığını diqqətə çatdırıb. Bu prinsiplərin ölkələrin ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq etdiyini vurğulayıblar.

Nazirlər Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyiblər. Qeyd olunub ki, bu cür kriminal hərəkətlərə icazə verilməməli və kəskin şəkildə qınanmalıdır. Bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb.

Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib. Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini sabah davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

XƏBƏR LENTİ
  • 20:15

    Lavrov: Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
  • 19:23

    Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
Menyu