http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatındakı çıxışı Fransaya strateji mesaj idi

05 İyul 2023 , 23:50
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatındakı çıxışı Fransaya strateji mesaj idi

Prezident İlham Əliyevin Fransaya yönəlik mesajları tam yerində verilən və strateji baxımdan düşünülmüş mesajlar idi” bunu “Operativ Media” ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.


Züriyyə Qarayeva bildirib ki, Prezident İlham Əliyevin Bakıda Qoşulmama hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında çıxışı olduqca önəmli mesajlarla yadda qaldı. 
“Qoşulmama hərəkatı tarixinə də nəzər yetirsək 1950ci illərdə bu hərəkatın yaranmasına ehtiyac məhz həmin dövrdə müstəmləkəçilik siyasətinin mövcud olması ilə bağlı idi. Yəni ki dünyada tüğyan edən müstəmləkəçiliyin qarşısının alınması məqsədilə ortaya belə bir ideya atıldı və Qoşulmama Hərəkatı yarandı. Son 10 illikdir ki, artıq Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada demək olar ki, 2-ci nüfuzlu təşkilat səviyyəsinə gəlib çatıb və mexanizmlərin işləkliyi, təsir imkanları baxımından da irəlidə olan təşkilatlar sırasındadır. Əlbəttə ki, bu irəliləmədə Azərbaycanın da öz payı var. Azərbaycan Qoşulmama hərəkatına xüsusən sədrlik etdiyi dövrdə Azərbaycan bandor prinsiplərinin həyata keçirilməsinə öz tövhəsini vermişdir.”

Politoloq dövlət başçısının Fransaya verdiyi mesajların xüsusilə dünya gündəmində də müzakirədədir.

“Cənab İlham Əliyevin Fransanın neakalanealizm siyasətini yada salması tamamilə yerində idi. Nəzərə almaq lazımdır ki, bugün Fransa hərçənd ki, 50-ci illərdən bu siyasətə qarşı ciddi bir mübarizələr aparıldı və ciddi nəticələr də əldə olundu. Amma, bu nəticələrin çox da uğurlu olmadığı ölkələrdən biri də Fransadır. Fransa hətta 21ci əsrdə belə bu siyasətini davam etdirən bir ölkədir. Fransa əlbəttə ki, mütləq şəkildə qınanmalıdır. Xüsusən də bu kimi prinsiplərə əgər qoşulmama hərəkatının quruluş prinsiplərində, missiyasında, hədəflərində əgər başlıca prioritetdirsə, demək ki belə bir təşkilatın iclasında da Fransa kimi ölkənin qınanması olduqca yerində atılan bir addımdır. Son dönəmlərdə də Fransanın elə “Bandunq“ prinsipləri çərçivəsində qiymətləndirsək suverenlik, ərazi bütövlüyü, müstəqillik kimi amillərin üzərindən xətt çəkərək 30 il işğalçılıq siyasəti aparmış Ermənistanın yanında dayanması elə Fransanın özünün əsl mahiyyətinin nədən ibarət olduğunu göstərir ki, Cənab İlham əliyevin mesajlarında da bu məsələlər qeyd olunmuş oldu. Fransanın daxilində gedən problemləri istər sosial istər dini ayrıseçkiliyin mövcud olması əlbəttəki Fransanın Azərbaycana dil uzatmağa haqqının olmadığını göstərir. Bu gün Fransa ermənidən çox ermənidir.” Deyə Züriyyə Qarayeva bildirib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
  • 14:56

    Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb
  • 14:54

    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
Menyu