http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bəzi bölgələrdə şəkər tozu niyə limitlə satılır?

06 İyul 2023 , 09:10
Bəzi bölgələrdə şəkər tozu niyə limitlə satılır?

Ölkənin müxtəlif bölgələrində şəkər tozunun limitlə və baha satıldığına dair iddialar yayılıb.

"Operativ Media" bir neçə bölgə üzrə iddiaların həqiqətə uyğun olub-olmadığını araşdırıb. 

Vətəndaşlar bildiriblər ki, son 10 gündür iri və xırda marketlərdə şəkər tozunun satışında məhdudiyyət tətbiq edilir.

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı saytımıza bildirib ki, bu vəziyyəti ölkədə şəkərlə bağlı hər hansı çatışmazlıq və ya qıtlıq kimi qiymətləndirmək düzgün deyil. Çünki bu hal müvəqqətidir. Belə ki, yay mövsümündə mürəbbə, cem, kompot kimi müxtəlif məhsulların hazırlanması tələbatı kəskin artırır. Bu isə istehsal həcmini orta tələbə uyğunlaşdıran müəssisələrin tədarük və təchizat zəncirində müəyyən pozulmalara gətirib çıxarır.

“Sadəcə mövsüm dövrü ilə əlaqədar birdən-birə tələbin intensiv şəkildə ortaya çıxması xarakterik olaraq bu istiqamətdə zəncirdə fasilələrin yaranmasına gətirib çıxarır. Müştərilərinə şəkər tozu tələbi qarşısında imtina etməyən müəssisələr də bəzi hallarda müəyyən bir limitlər gətirirlər bunun satışı ilə əlaqədar. Düşünürəm ki, qısa müddətdə bu problem aradan qalxacaqdır, təxminən 1 ay sonra".

Ekspert sözügedən dövr əzində qiymət artımının da ola biləcəyini, amma bu bahalaşmanın stabil və uzunmüddətli olmayacağını deyir.

“Qısamüddətli dövrdə olsa da, müəyyən mənada bəzi ticarət şəbəkələrində pərakəndə ticarət müəssisələrində qiymətlərin artımı müşahidə oluna bilər. Çünki şəkər tozu əksər hallarda ticarət şəbəkələri tərəfindən müştərinin cəlb edilməsi məqsədilə təşviqedici məhsul kateqoriyasına daxil olaraq daha ucuz qiymətə təklif olunur. Belə qıtlıq hallarında bu, ticarət müəssisələrinin qiymətləri daha optimal səviyyəyə və mənfəət normasını artırmağa şərait yaradır.”

Rəşad Həsənov həmçinin qeyd edib ki, ölkənin şəkər tozu ilə bağlı daxili tələbatı 100 faizədək ödənilir.

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb

Azərbaycan ilə AEBA arasında texniki əməkdaşlığı nəzərdə tutan “Ölkə üzrə Çərçivə Proqramı” imzalanıb

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 14:23

    Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
  • 14:20

    Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək
    Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək
  • 14:16

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub
  • 14:15

    “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
  • 14:10

    Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib
  • 14:08

    Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib
  • 13:58

    Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb
  • 13:55

    "İnterximservis" şirkəti ilə bağlı məhkəmə qərarı elan edilib
Menyu