http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Prezident İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

06 İyul 2023 , 13:13
Prezident İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.

"Operativ Media"nın xəbərinə görə,  Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğuladı, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd etdi, ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğuladı.

Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını dedi, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olundu.

***

11:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
  • 14:56

    Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb
  • 14:54

    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
Menyu