http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Millət vəkili: "Prezidentin çıxışından sonra BMT düşünməlidir"

06 İyul 2023 , 12:07
Millət vəkili: "Prezidentin çıxışından sonra BMT düşünməlidir"

“Prezident İlham Əliyevin Fransa ilə bağlı çıxışı həm də BMT –ni yenidən düşünməyə vadar etməlidir".

Bunu “Operativ Media” ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Millət vəkilinin sözlərinə görə Fransanın yeritdiyi müstəmləkə siyasəti, bölgədə təxribat və pozuculuq addımları hər bir dövlət tərəfindən qınanmalıdır.

“Fransa danışır insan haqqlarından, hüquq bərabərliyindən, amma reallıq fərqlidir. Düşünürük ki, bu siyasət düzgün deyil. Hətta İtaliyadan da bu məsələyə münasibət bildirildi. Cənab Prezident yerində vurğuladı ki, Fransa üzr istəməlidir. Fransanın indiki riyakarlığını insanlar bilir, dövlətlər bilir, hətta dövlət başçıları bağlı qapılar arxasında belə danışırlar. Üzə çıxanda isə heçkəs səsini çıxartmır. Amma prezident İlham Əliyev açıq-aşkar dedi bunu. Fransanın siyasətini ifşa edən, açıq sözlərlə deyən barmaqla sayılası şəxslər var".

Vüqar İskəndərov onu da bildirdi ki, Fransanın daxili çəkişmələri siyasi nüfuzunu aşağı salsa da, yenə də BMT-də söz sahibidir. Buna görə də BMT Fransanın nəinki, bu günkü fəaliyyətini, indiyə qədər olan ikili siyasətini də gözardı etməməlidir.

“ATƏT-in Minsk qrupunun illərdir problemi uzatmasının və nəticəsiz fəaliyyət göstərməsinin də səbəbi Fransa olub. Bu gün də sülh sazişinin uzanmasının səbəbi məhz Fransanın mövqeyidi. Bu  Ermənistanın yanaşması deyil. Halbuki masada sülh danışıqları var. Fransa dəstək olmalıdır ki, bu iş üçün addım atılsın. Amma biz əksini görürük. BMT-nin özündə islahatlar getməlidir ki, Fransa kimi ölkələr dominantlığını qorumasın . Məhz buna görə də dünən cənab Prezident Qoşulmama Hərəkatıının zirvə toplantısında bunu açıq aşkar dedi" -deyə millət vəkili vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans öz işinə başlayıb

“Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır

“Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır

ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

XƏBƏR LENTİ
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
  • 10:02

    Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans öz işinə başlayıb
  • 09:58

    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
  • 09:54

    Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib
  • 09:51

    Ərdoğan və Şahbaz Şərif arasında görüş olub
  • 09:45

    Birinci Qarabağ müharibəsində itkin düşən daha iki şəhid dəfn ediləcək
  • 09:43

    Azərbaycanda “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilib
Menyu