Menyu

Prezident Tamara İlyiniçna Sinyavskayanı təltif edib

Nərmin Qocamanlı
Prezident Tamara İlyiniçna Sinyavskayanı təltif edib

Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

"Operativ Media"nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, bu gün Tamara İlyiniçna Sinyavskayanın 80 yaşı tamam olur. O, görkəmli bəstəkar Müslüm Maqomayevin həyat yoldaşıdır.

Teqlər:

"Prezident Tamara İlyiniçna Sinyavskayanı təltif edib"

Əlaqəli Xəbərlər