Menyu

İran və Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə görüşüblər

Nərmin Qocamanlı
İran və Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə görüşüblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Sudan xarici işlər nazirinin müavini Əli əs-Sadiq Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısında iştirak etmək üçün Bakıda görüşüblər.

"Operativ Media" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Abdullahiyan və Sadik görüşün keçirildiyi Bakı Konqres Mərkəzində görüşüblər.

Nazirlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılması və anlaşılmazlıqların aradan qaldırılması çərçivəsində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sözügedən təmas 7 ildən sonra iki ölkə arasında bu səviyyədə ilk diplomatik təmas hesab edilir.

Teqlər:

"İran Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə görüşüblər"

Əlaqəli Xəbərlər