http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Venesuela Bolivar arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə edilib (FOTO)

06 İyul 2023 , 19:34
Azərbaycan və Venesuela Bolivar arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə edilib (FOTO)

6 iyul tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən “Operativ Media”ya verilən məlumata görə, Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclasında iştirakına görə Venesuela tərəfinə təşəkkür edərək Hərəkatın tarixən fəal üzvlərindən biri kimi ölkəmizin bütün təşəbbüslərinə göstərilən tam dəstəyi yüksək qiymətləndirib. Ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərdən söz açan Nazir Ceyhun Bayramov Hərəkatın Parlament və Gənclər Şəbəkəsinin yaradıldığını məmnunluqla xatırladaraq, bu gün Venesuela nazirinin iştirakı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Mənzil Qərargahının açılışının əhəmiyyətini vurğulayıb.

Nazirlər iki ölkə arasında neft, qaz, turizm, hava nəqliyyatı və digər istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Ölkəmizin coğrafi cəhətdən uzaq olmasına baxmayaraq Venesuela ilə münasibətlərin inkişafına önəm verdiyi, neft və qaz sektorunda şikətlər arasında potensial əməkdaşlığın ümidverici olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto isə öz növbəsində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasına dəvətə görə təşəkkürünü bildirərək COVİD-19 pandemiyası dövründə mövcud çətinliklərə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrik edib.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Venesuela Bolivar Respublikasının Xarici Əlaqələr üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında Diplomatik İnstitutları və Universitetləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu