Menyu

KİV: ABŞ-Rusiya yüksək vəzifəli rəsmiləri gizli görüş keçirib

KİV: ABŞ-Rusiya yüksək vəzifəli rəsmiləri gizli görüş keçirib

İddialara görə, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Ukrayna-Rusiya müharibəsi ilə bağlı potensial danışıqlar üçün zəmin yaratmaq üçün gizli görüş keçiriblər.

"Operativ Media" NBC News-a istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən mənbələr bir qrup keçmiş ABŞ milli təhlükəsizlik məmurlarının Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq və potensial danışıqlar üçün zəmin yaratmaq məqsədilə Kremlə yaxın adlarla Nyu-Yorkda görüşdüyünü bildirib.

İdida edilib ki, aprel ayında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorkda ABŞ komandasının üzvləri ilə bir neçə saatlıq görüş keçirib. ABŞ Beynəlxalq Əlaqələr Şurasının (CFR) keçmiş rəhbəri Riçard Hass, Keçmiş Ağ Ev və Dövlət Departamenti səlahiyyətlisi Çarlz Kupçan və Rusiya Mütəxəssisi Tomas Qrahamın da görüşdə iştirak etdiyi vurğulanıb.

Digər tərəfdən, danışıqlar çərçivəsində ən azı bir keçmiş ABŞ rəsmisinin Rusiyaya getdiyi bildirilib.

Teqlər:

"KİV: ABŞ-Rusiya yüksək vəzifəli rəsmiləri gizli görüş keçirib"

Əlaqəli Xəbərlər