http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Albaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub

07 İyul 2023 , 11:21
Albaniya Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.


"Operativ Media"  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı.


Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi.


Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı.


Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.


Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.


Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi.


Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

OXŞAR XƏBƏRLƏR
Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Azərbaycan və Çin qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Çin qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə edib

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 17:29

    ADY 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
  • 17:23

    Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb
  • 17:13

    Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
  • 17:11

    ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb
  • 17:03

    Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub
  • 17:00

    Dəmiryolunda gediş haqqı artacaq
    Dəmiryolunda gediş haqqı artacaq
  • 16:52

    Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub
Menyu