http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

08 İyul 2023 , 12:49
Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən iyulun 8-də Daşkəndə səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən "Operativ Media" ya verilən xəbərə görə, Özbəkistan Respublikasına səfərin başlıca məqsədi sədr Məzahir Pənahovun Özbəkistanlı həmkarı ilə görüşünün keçirilməsi və bu ölkədə 2023-cü il iyulun 9-da növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.

Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanda seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin seçki müşahidə missiyalarında da təmsil olunurlar.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
  • 19:10

    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
  • 18:54

    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
  • 18:39

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Menyu