11 İyul 2023, 17:11
Azərbaycanda "İphone 14 Pro MAX" qiymətinə nələr almaq olar?
Azərbaycanda "İphone 14 Pro MAX" qiymətinə nələr almaq olar? şəkil
Azərbaycanda "İphone 14 Pro MAX" qiymətinə nələr almaq olar?

Azərbaycanda son illərdə qiyməti sürətlə bahalaşan məhsullar arasında telefon və planşetlər ilk sıralardadır. Əvvəllər xarici ölkələrdən sifariş vermək və ya fərdi istifadə üçün gətirmək sərfəli idisə, artıq yeni rüsumlarla bu da qənaətli üsul deyil. Nəticədə bəzi telefonların qiyməti torpaq və maşın qiymətinə qədər yüksəlib.

"Operativ Media" ən çox satılan telefonlardan olan "Apple 14 Pro MAX"ın əvəzinə mövcud vəziyyətdə nə almaq mümkün olduğunu araşdırıb.

Hazırda Azərbaycan elektronika bazarlarında bu telefonun 1 TB- lıq yaddaşa malik modelinin qiyməti 4700 manat civarındadır.

Əmlak alqı-satqı saytlarında bu qiymətə Biləcəri, Nardaran, Hövsan, Binə qəsəbəsindən 1 sot torpaq almaq mümkündür. Bəzi ərazilərdə isə artıq 1,5 sot torpaq əldə etmək olur.

Əgər torpaq sahəniz varsa və ya bu qiymətə telefon almaq istəmirsinizsə, "VAZ" avtomobillərinin bir neçə seriyasını da almaq mümkündür. Havalar isti keçir, kondisionerli avtomobil axtarırsınızsa, ili köhnə də olsa, dözümlü "Mercedes" modellərini, "KİA"nın köhnə buraxılışlarından bəzilərini və ya 2010-cu ilə qədər istehsal olunmuş bəzi "Volkswagen" modellərini də də seçmək olar.

Eyni zamanda adama gəzmək qalır, deyənlər Türkiyənin Antalya kurortlarında 5 ulduz 5 dəfə qidalanma ilə iki nəfər 1 həftəlik istirahət, 3 dəfə qidalanma ilə 10 günlük istirahət edə , Şri-lanka, Şeyşel adaları, Bali, Tayland və Avropaya da rahatlıqla turpaket götürə bilər.

Azərbaycanın bölgələrində 5 ulduz hotellərdə isə hər mövsüm iki dəfə olmaqla 1 il ərzində 8 dəfə 3 günlük dincəlmək mümkündür.

4700 manat pul ilə Bakıda metro yaxınlarında 2 və ya 3 otaqlı orta təmirli evdə qalan bir ailənin 9 aylıq, Sumqayıt, Xırdalan və Masazırda isə 1 illik kirayə ödənişini etmək mümkündür.

Hər gün işə 100 km yolu benzin mühərrikli avtomobillə qət edən şəxs bu pula özünü 18 ay yanacaqla təmin edə bilər. Dizel mühərrikli ekonom avtomobil idarə edən şəxs isə 3 ildən  artıq müddətdə yanacağa pul vermədən eyni məsafəni işə gedib-gələ bilər.

Son xəbərlər
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər