Menyu

Prezident: Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb

Nərmin Qocamanlı
Prezident: Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb

Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb.

"Operativ Media"nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlətimizin başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib. “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Teqlər:

"Prezident: Azərbaycanın qeyri-neft sənayesi 6 5 faiz artıb"

Əlaqəli Xəbərlər