http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyhun Bayramov Almaniya XİN-nin dövlət naziri ilə görüşüb

11 İyul 2023 , 18:09
Ceyhun Bayramov Almaniya XİN-nin dövlət naziri ilə görüşüb

11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə, iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasların bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin vacibliyi vurğulanıb. 

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən davamlı hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsinin sülh prosesinin qarşısında duran maneələrdən olduğu diqqətə çatdırılıb.

Dövlət naziri Tobias Lindner, Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirərək, bu istiqamətdə müxtəlif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Almaniyanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərilən səyləri alqışladığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu