Paşinyan Blinkenlə danışığında Azərbaycana qarşı ittihamlar irəli sürüb
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, həmsöhbətlər regiondakı vəziyyətə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlara, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlara, o cümlədən beynəlxalq təşkilatlarla "Bakı-Xankəndi dialoqu"nun zəruriliyinə toxunublar.
Paşinyan Azərbaycanın Laçın yolunu "qeyri-qanuni şəkildə bağlaması" nəticəsində "Qarabağda dərinləşən humanitar böhran"a və bunun aradan qaldırılması üçün atılan addımlara toxunub.
Tərəflər regionda sabitliyin və sülhün təmin olunması üçün ardıcıl səylərin zəruriliyini vurğulayıblar.
Paşinyan Ermənistan Respublikası hökumətinin sülh gündəliyinə sadiq olduğunu qeyd edib.
Teqlər:
"Paşinyan Blinkenlə danışığında Azərbaycana qarşı ittihamlar irəli sürüb"