Zelenski: "NATO Ukraynanın təhlükəsizliyini, Ukrayna NATO-nun daha güclü olmasını təmin edəcək"
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukraynanın təhlükəsizliyini təmin edəcəyini, qarşılığında isə Ukraynanın NATO-nu daha güclü edəcəyini deyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski NATO sammitində iştirak etmək üçün gəldiyi Litvanın paytaxtı Vilnüs şəhərində çıxışı zamanı deyib.
“Mən istəyirəm ki, NATO-ya olan inam layiq olduğumuz həllərə çevrilsin. Hər bir əsgərimiz, hər bir vətəndaşımız, hər bir anamız, hər bir balamız bunu gözləyir. Yəni bu, böyük bir arzudur? NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna isə NATO-nu daha güclü edəcək”, - Zelenski qeyd edib.
Teqlər:
"Zelenski: \"NATO Ukraynanın təhlükəsizliyini Ukrayna NATO-nun daha güclü olmasını təmin edəcək\""