http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Parklanmanın qarşısını su bidonları ilə alan şəxsləri hansı cəza gözləyir?

12 İyul 2023 , 09:53
Parklanmanın qarşısını su bidonları ilə alan şəxsləri hansı cəza gözləyir?

Paytaxt küçələrində səkilərin zəbt edilməsi artıq adi hala çevrilib. Əksər səkilərdə ya dəmir dirəklər basdırılıb, ya da zəncirlənib. Bəzi sahibkarlar isə su qabı, taxta parçası və ya başqa üsullarla maneə yaradıblar.

“Operativ Media” səkilərə qanunsuz müdaxilənin hüquqi məsuliyyətini araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ümumi istifadədə olan yol, səki və parklanma yerlərindən istifadə hər kəs üçün bərabər və  əlçatan olmalıdır. Belə ərazilərin zəbt olunması, giriş-çıxışının bağlanması qanunla qadağandır.

“Buna görə də hansısa bir nəqliyyat vasitəsinin sahibi, mənzil və ya obyekt sahibi kimsə deyə bilməz ki, bura mənim üçün ayrılıb. Ola bilsin, kimsə parklanma yerlərinə müəyyən qadağalar qoyub, giriş-çıxışa maneə yaradır. Bax bu cür maneələr də qadağandır. Bu məhdudiyyətlərin yaradılmasına görə də inzibati xətalar məcəlləsinin 354-cü maddəsində kifayət qədər ciddi cəzalar var.”

Ekspertin sözlərinə görə, bu cür qanun pozuntularına görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək cərimə oluna bilərlər.

“Məsələn zəncirləmə maneə  354-cü maddə ilə  cərimə yaradır, və ya kimsə ora tutaq ki, bir su qabı qoyub. Bu rezarvasiya etməyə cəhddir. Onun da 10 manat cəriməsi var. Ödənişli parklanma yerlərindən istifadə qaydaları müəyyən olunduqdan sonra bütün o parklanma yerlərinin ərazilərinin dəqiqləşdirilməsi işləri getməlidir. Belə dəqiqləşdirmələr çərçivəsində yol hərəkəti yenidən təşkil olunarkən bütün o zəbt olunmalar rezervaziyalar aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək istəsək də suallarımız cavablandırılmadı.

Fotoğraf açıklaması yok.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu