http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İslam İnkişaf Bankının nümayəndələri ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

12 İyul 2023 , 15:59
İslam İnkişaf Bankının nümayəndələri ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı qurumun rəisi Məmməd Abbasbəyli nümayəndə heyətinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, keyfiyyət infrastrukturu sahəsində aparılan işlər, xüsusilə də bu ilin yanvar ayında qəbul edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” barədə məlumat verib. Bildirilib ki, Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.

Nümayəndə heyətinin rəhbəri Kokhorjon Aminov keyfiyyət infrastrukturu sahəsində məsuliyyətin artırılması, halal infrastrukturun inkişafı məqsədilə atılan addımları yüksək qiymətləndirdiklərini deyib.

Tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, aidiyyəti sahələrdə həyata keçiriləcək təcrübə mübadiləsi üçün ekspertlərin cəlb edilməsi və texniki dəstək proqramları ilə bağlı müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
XİN Malini təbrik edib

XİN Malini təbrik edib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu