Türkiyə və Azərbaycan parlament sədrləri regional hadisələri müzakirə ediblər
Nərmin Qocamanlı
"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə, sonra isə nümayəndə heyətləri arasında təkbətək görüşümüz oldu".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuş tviterdə bildirib.
"Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, regional hadisələri müzakirə etdiyimiz görüşlərdə parlamentlərimiz arasında təmas və əməkdaşlıq səviyyəsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik", - o, qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"Türkiyə və Azərbaycan parlament sədrləri regional hadisələri müzakirə ediblər"