http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri arasında görüş keçirilib - YENİLƏNİB

12 İyul 2023 , 17:45
Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri arasında görüş keçirilib - YENİLƏNİB

12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

***

17:09

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının Baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komitəsinin və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komitəsinin dördüncü iclası keçirilib.

"Operativ Media" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası və Azərbaycan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədin demarkasiyası məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini həll ediblər.

Tərəflər, həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, görüş Ermənistan-Azərbaycan sərhədində baş tutub.

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu