Menyu

Ərdoğan sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb

Ərdoğan sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlılarının 2025-ci ildə bölgəni tərk edəcəyini qeyd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan mətbuata açıqlamasında bildirib.

Belə ki, jurnalistin sülhməramlıların fəaliyyəti və bölgədəki varlığının nə vaxta qədər davam edəcəyi, Türkiyə tərəfininin bu məsələyə münasibətinin nə olması sualına Ərdoğan belə cavab verib:

"Bizim mövqeyimizdən çox razılaşmanın şərtləri önəmlidir. Şərtlərə görə, sülhməramlılar 2025-ci ildə bölgəni tərk edəcək. İnanıram ki, Rusiya müqaviləyə sadiq qalacaq. Qardaşım Əliyev də bu məsələni izləyir". 

Teqlər:

"Ərdoğan sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb"

Əlaqəli Xəbərlər