04 Sentyabr 2023, 19:18
Uçota alınan operator və internet provayderinin sayı 6 % artıb
Uçota alınan operator və internet provayderinin sayı 6 % artıb şəkil
Uçota alınan operator və internet provayderinin sayı 6 % artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən uçota alınan operator və internet provayderinin sayı 5,88 % artıb.

Bu barədə "Operativ Media"ya İKTA-dan məlumat verilib.

Bununla da qeydiyyata alınan operator və internet provayderini sayı 136-dan 144-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər
Sabah hava necə olacaq?
Lionel Messi ilkə imza atıb
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər