http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

İnternetdə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs tutulub

17 Noyabr 2022 , 12:05
İnternetdə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs tutulub

Sosial şəbəkədə tanış olduğu şəxsləri xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini bildirib. Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu