Menyu

İsrail Qəssam Briqadalarının yüksək rütbəli komandirini öldürdüyünü açıqlayıb

İsrail Qəssam Briqadalarının yüksək rütbəli komandirini öldürdüyünü açıqlayıb

İsrail Qəzza zolağına hava zərbələri nəticəsində HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadasının yüksək səviyyəli komandirini öldürdüyünü iddia edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Ordudan verilən yazılı açıqlamada, Qəzzaya endirilən hava hücumlarında Xan Yunisin cənubundakı elit birlik komandiri Bilal Kudranın öldürüldüyü iddia edilib.

Açıqlamada Kudranın oktyabrın 7-də səhər saatlarında Qəssam Briqadalarının başlatdığı “Əqsa tufanı” çərçivəsində Nirim və Nir-Öz yəhudi yaşayış məntəqələrinə edilən hücumdan məsul olduğu bildirilib.

Bəyanatda HƏMAS və İslami Cihad Hərəkatının bəzi fəallarının da öldürüldüyü qeyd edilib və İsrail ordusunun ötən gecə Əz-Zeytun rayonu, Xan Yunus və Cibaliya bölgəsinin qərbindəki 100-dən çox hərbi hədəfə hava hücumu təşkil etdiyi bildirilib.

HƏMAS və İslami Cihad Hərəkatı hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Teqlər:

"\u0130srail Q\u0259ssam Briqadalar\u0131n\u0131n y\u00fcks\u0259k r\u00fctb\u0259li komandirini \u00f6ld\u00fcrd\u00fcy\u00fcn\u00fc a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər