Menyu

Ərdoğan: Qəzzada böhranın həlli üçün qarant mexanizm yaradılmalıdır

Ərdoğan: Qəzzada böhranın həlli üçün qarant mexanizm yaradılmalıdır
1 dəq oxu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gec olmadan İsrail və Fələstin münaqişəsinin həlli üçün qarant mexanizm yaratmağa çağırıb. 

"Operativ Media" xəbər verir ki, o, bunu noyabrın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) sammitinin keçiriləcəyi Astanada Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə deyib.

"Prezident Ərdoğan qeyd edib ki, Türkiyə regionda qlobal sülh və əmin-amanlığın təmin edilməsi, eləcə də humanitar yardımın göstərilməsi qarşısındakı maneələrin aradan qaldırılması üçün çox gec olmadan zamin yaratmağın faydalı olacağını bildirib", - Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, onlar Fələstin-İsrail münaqişəsinin həlli üçün, o cümlədən Ankaranın qarant ölkələr sisteminin yaradılması və Yaxın Şərq üzrə beynəlxalq sülh konfransının çağırılması təşəbbüsü çərçivəsində fəal səy göstərirlər. 

Əlaqəli Xəbərlər