Menyu

Putin: Rusiya imperiyasının tərkibində heç bir Ukrayna olmayıb

Putin: Rusiya imperiyasının tərkibində heç bir Ukrayna olmayıb

Rusiya imperiyasının tərkibində heç bir Ukrayna olmayıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna yalnız Sovet hakimiyyəti dövründə Rusiyanın cənub torpaqları hesabına formalaşıb.

“Hamımız yaxşı bilirik, bunlar tarix faktlardır ki, Rusiyanın bütün cənub torpaqları Sovet Ukraynasının formalaşması zamanı, SSRİ-nin yaradılması zamanı onlara verilib. Böyük ölçüdə Rusiyanın cənub torpaqları hesabına nəhəng Ukrayna yaradılıb”, - Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, əgər Rusiya-Ukrayna münasibətləri “müasir şəkildə” inkişaf etsəydi, Krımın Rusiya Federasiyasına birləşdirilməsi baş verməzdi.

Putin Ukraynanın korrupsiya sahəsində dünyada tayı-bərabərinin olmadığını da söyləyib: "Dünyanın heç bir yerində Ukraynadakı kimi korrupsiya yoxdur. Ukraynada korrupsiya faktiki olaraq qanuniləşdirilib, orada hər şey alınıb-satılır. ABŞ korrupsiya ilə bağlı problemlərə görə Ukraynada elita dəyişikliyi planlaşdırır".

Rusiya Prezidenti Ukraynanın Yaxın Şərqə, o cümlədən Talibana silah satdığını da söyləyib.

Teqlər:

"Putin: Rusiya imperiyas\u0131n\u0131n t\u0259rkibind\u0259 he\u00e7 bir Ukrayna olmay\u0131b"

Əlaqəli Xəbərlər