Menyu

Hizbullah lideri: ABŞ-nin təhdidlərindən qorxmuruq

Hizbullah lideri: ABŞ-nin təhdidlərindən qorxmuruq

"Mənim rəhbərlik etdiyim struktur Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda bütün variantları nəzərdən keçirir"

"Operativ Media" xəbər verir ki, bunu Hizbullah lideri Şeyx Həsən Nəsrullah bildirib.

 O, Livanın cənubunda İsrail qüvvələrinə qarşı vuruşan silahlılara dəstək məqsədilə Beyrutda keçirilən kütləvi mitinqdə çıxış edib.

"Bütün variantlar masadadır və biz onlara istənilən vaxt keçə bilərik. Biz hamımız istənilən imkanlara və variantlara hazır olmalıyıq", - Nəsrullah qeyd edib.

"Cənubda əməliyyatlarımızı davam etdirəcəyiksə, ABŞ-nin İranı bombalayacağına dair mesajlar almışıq. Bu təhdidlər bizi qorxutmayacaq və sizə bildiririk ki, donanmadan hücumlarınıza da hazırıq. Amerikalılara deyirəm: 1980-ci illərin əvvəllərində sizi məğlub edənlər hələ də sağdırlar", - o əlavə edib. 

Teqlər:

"Hizbullah lideri: AB\u015e-nin t\u0259hdidl\u0259rind\u0259n qorxmuruq"

Əlaqəli Xəbərlər