ABŞ Ukraynaya 125 milyon dollarlıq hərbi yardım paketi ayırıb
"ABŞ administrasiyası Ukraynaya 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir ki, bura hava hücumundan müdafiə sistemləri, silah və avadanlıqlar daxildir".
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Ukrayna xalqına dəstək olmaq üçün yeni silah və texnika paketi təqdim etdiyini elan edib. Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, 125 milyon dollar dəyərində hərbi yardım digər məsələlərlə yanaşı, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəlib.
Bundna əlavə ABŞ Pentaqona daha 300 milyon dollar ayırır ki, Kiyev üçün silah alınması məqsədilə müqavilələr bağlansın.
Məlumata görə, ABŞ administrasiyası Ukraynaya növbəti hərbi yardım paketinə NASAMS qısa və orta mənzilli zenit-raket kompleksi (SAM), HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS), eləcə də tank əleyhinə döyüş sursatları üçün mərmi daxil edib.
Teqlər:
"AB\u015e Ukraynaya 125 milyon dollarl\u0131q h\u0259rbi yard\u0131m paketi ay\u0131r\u0131b"