"Fransa Qəzza zolağının bombalanmasına son qoyulması və humanitar atəşkəsin tətbiq edilməsinin tərəfdarıdır".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublika prezidenti Emmanuel Makron deyib.
"Biz atəşkəsə çağırırıq, çünki terrorizmlə mübarizə dinc əhalinin qurban olmasına haqq qazandırmır", - o qeyd edib.
Makron vurğulayıb ki, mülki insanları qorumaq üçün bombardmanları dayandırmaq, humanitar yardımın göstərilməsini təşkil etmək və Qəzzanın blokadasını aradan qaldırmaq lazımdır.
Makron Fələstinin dövlətçilik tələbini dəstəkləyib. Onun fikrincə, Fələstin xalqının qanuni istəklərinə siyasi təcəssüm verilməlidir.
Bundan əvvəl Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornu bildirmişdi ki, Paris Qəzza zolağının sakinlərinə əlavə humanitar yardım göndərəcək.