Menyu

HƏMAS lideri Qahirəni Rəfah keçid məntəqəsini açmağa çağırıb

HƏMAS lideri Qahirəni Rəfah keçid məntəqəsini açmağa çağırıb

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Misir hakimiyyətinə müraciət edərək Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin tam açılmasını və bunun qarşısını ala biləcək heç bir arqumentə əhəmiyyət verməməyi xahiş edib. 

"Operativ Media" xəbər verir ki, hərəkat liderinin bəyanatını "Əl-Cəzirə" telekanalı yayıb.

"Biz Misirdəki qardaşlarımızı Rəfah keçidini tam açmağa və buna mane olan hər hansı arqumentlərə məhəl qoymamağa çağırırıq", - deyə Haniyə bildirib.

Onun fikrincə, ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri ilə eyni vaxta düşən İsrail qüvvələrinin fələstinlilərə qarşı xüsusi qəddarlığı göstərir ki, Birləşmiş Ştatlar İsrail hakimiyyətinə bu cür hərəkətlərə yaşıl işıq yandırıb və tamamilə onları ört-basdır etmək niyyətindədir. 

Teqlər:

"H\u018fMAS lideri Qahir\u0259ni R\u0259fah ke\u00e7id m\u0259nt\u0259q\u0259sini a\u00e7ma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər