Menyu

BMT: Qəzzaya humanitar yardımların çatdırılmasına davam etdirəcəyik

BMT: Qəzzaya humanitar yardımların çatdırılmasına davam etdirəcəyik

"İsrailin baş naziri Binyamin Netanyahunun ölkəsinin girovlar azad edilmədən Qəzza zolağında humanitar atəşkəsə razı olmayacağına dair bəyanatına baxmayaraq, BMT Fələstin anklavına humanitar yardımın göndərilməsini davam etdirəcək". 

"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Ondan bu bəyanatın BMT-nin Qəzza zolağındakı fəaliyyətinə necə təsir edəcəyi soruşulub.

"Biz bu bəyanatdan xəbərdarıq. Mütləq humanitar yardımın Qəzzə zolağına keçidinə icazə verilməsi üçün səy göstərməyə davam edəcəyik", - Dujarrik suala cavab verib.

Teqlər:

"BMT: Q\u0259zzaya humanitar yard\u0131mlar\u0131n \u00e7atd\u0131r\u0131lmas\u0131na davam etdir\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər