KİV: ABŞ dövlət katibi noyabrın 5-də Bağdada səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken bazar günü, noyabrın 5-də Bağdada səfər edəcək və burada İraq rəhbərliyi ilə danışıqlar aparacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə bu gün Bağdad xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, Blinken İraq paytaxtına rəsmi səfər edəcək, səfər zamanı baş nazir Məhəmməd əl-Sudani və İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşəcək. Dövlət katibi Bağdadda müharibədən sonra regionda vəziyyətin inkişafını müzakirə etmək niyyətindədir. Bir müddət əvvəl Blinken İordaniyanın paytaxtında beş ərəb dövlətinin xarici işlər nazirləri və Fələstin rəhbərliyinin nümayəndəsi ilə görüş keçirib və bu görüşdə Fələstin anklavındakı vəziyyət də müzakirə olunub.
Teqlər:
"K\u0130V: AB\u015e d\u00f6vl\u0259t katibi noyabr\u0131n 5-d\u0259 Ba\u011fdada s\u0259f\u0259r ed\u0259c\u0259k"