BƏƏ: ABŞ regionda təsirini saxlamaq üçün Qəzzada sülh axtarmalıdır
"ABŞ Yaxın Şərqdə öz təsirini qoruyub saxlamaq üçün Qəzza zolağında atəşkəs əldə etməli və Fələstin-İsrail münaqişəsinin həlli üçün yeni yollar axtarmalıdır".
"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
"Əgər bu böhran davam edərsə, böhran bizi oktyabrın 7-dən əvvəl mövcud olan köhnə siyasətə qaytararsa, düşünürəm ki, Amerikanın bölgədəki rolu artıq effektiv sayılmayacaq", - Qarqaş bildirib.
Onun sözlərinə görə, ABŞ-nin münaqişənin həllində iştirakının qiymətləndirilməsi İsrailin Qəzza zolağında döyüşləri nə qədər tez dayandırmasından asılıdır: "ABŞ-nin iştirakı yalnız bu müharibəni bitirdikdə və yalnız Fələstin probleminin həlli üçün fərqli bir proses inkişaf etdirdiyimiz halda görünəcək".
Teqlər:
"B\u018f\u018f: AB\u015e regionda t\u0259sirini saxlamaq \u00fc\u00e7\u00fcn Q\u0259zzada s\u00fclh axtarmal\u0131d\u0131r"