İsrailin müdafiə naziri HAMAS liderini məhv edəcəyini bildirib
İsrail Qəzza zolağında HAMAS hərəkatının rəhbəri Yəhya Sinvarı tapıb yox edəcək.
"Operativ Media" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant mətbuat konfransı zamanı deyib.
“Sinvara çatacağıq və onu məhv edəcəyik. Müharibədən sonra Qəzzada daha HAMAS olmayacaq - və Qəzza zolağından İsrailin təhlükəsizliyinə heç bir təhdid olmayacaq”, - deyə nazir bildirib.
Noyabrın 4-də Qalant İsrail ordusunun Qəzza zolağında HAMAS radikallarına qarşı hücumunun “sistemli” olduğunu və plana uyğun olaraq irəlilədiyini bildirib.
Teqlər:
"\u0130srailin m\u00fcdafi\u0259 naziri HAMAS liderini m\u0259hv ed\u0259c\u0259yini bildirib"