Menyu

Aİ-nin xüsusi nümayəndəsi Gürcüstanın Avropa İttifaqına üzv olacağına söz verib

Aİ-nin xüsusi nümayəndəsi Gürcüstanın Avropa İttifaqına üzv olacağına söz verib

"Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubel bildirib ki, Gürcüstan gələcəkdə Avropa İttifaqına üzv olacaq". 

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti Tbilisidə respublikanın baş naziri İrakli Qaribaşvili ilə Aİ-nin Şərq Tərəfdaşlığı və Aİ-yə üzv ölkələr üzrə xüsusi nümayəndələri arasında danışıqların yekunlarına dair məlumat yayıb.

Mətbuat xidməti Şubeldən sitat gətirib: "Avropa İttifaqı Gürcüstanın yanındadır və biz şübhə etmirik ki, gələcəkdə bu ölkə Avropa İttifaqına üzv olacaq".

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qaribaşvili və xüsusi nümayəndələr iclasda Gürcüstanın ittifaqa üzv olması üçün verilən 12 tövsiyənin icra dinamikasını da müzakirə ediblər. Qaribaşvili qeyd edib ki, Gürcüstan bütün sahələrdə irəliləyiş əldə edib və onların həyata keçirilməsi üçün əlindən gələni edib. 

Teqlər:

"A\u0130-nin x\u00fcsusi n\u00fcmay\u0259nd\u0259si G\u00fcrc\u00fcstan\u0131n Avropa \u0130ttifaq\u0131na \u00fczv olaca\u011f\u0131na s\u00f6z verib"

Əlaqəli Xəbərlər