Menyu

Hakan Fidan və hollandiyalı həmkarı arasında telefon danışığı olub 

Hakan Fidan və hollandiyalı həmkarı arasında telefon danışığı olub 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu axşam Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot ilə telefonla danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik qaynaqlarına istinadən məlumat yayıb.

Məlumata görə, Qəzzada baş verən hadisələrin müzakirə edildiyi görüşdə xarici işlər naziri Fidan ən qısa zamanda tam atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazım olduğunu vurğulayıb. Xarici işlər naziri Fidan hollandiyalı həmkarına bildirib ki, Qəzzada artan gərginliyin regional böhrana çevrilməsinin qarşısını almaq üçün birgə səy göstərilməlidir.

Görüşdə Ukraynadakı son vəziyyətin də qiymətləndirildiyi öyrənilib. Hakan Fidanın Qara dəniz taxıl dəhlizinin canlandırılmasının əhəmiyyətinə toxunub.

Teqlər:

"Hakan Fidan v\u0259 hollandiyal\u0131 h\u0259mkar\u0131 aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub\u00a0"

Əlaqəli Xəbərlər