Pentaqonun rəhbərinin köməkçisi Yaponiyaya səfər edəcək
Pentaqonun köməkçisi Con Plum kosmos və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün bu həftə Yaponiyaya səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat xidməti məlumat yayıb.
"Bu həftə ABŞ və Yaponiya arasında kosmos, çəkindirmə və raketdən müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək üçün müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plum Yaponiyaya rəsmi səfər edəcək", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, səfər zamanı Plum Yaponiyanın hakimiyyət orqanlarının nümayəndələri ilə birgə kosmik təşəbbüslər üzrə məsləhətləşmələr aparacaq. O, Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri ilə görüşəcək.