BMT: Qəzza zolağının 1,5 milyona yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb
"Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində Qəzza zolağında 1,5 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb".
"Operativ edia" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Qəzzada elektrik enerjisi kəsilməkdə davam edir. Təxminən 1,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb, 700 mindən çox insan nəzarətsiz sığınacaqlara sığınıb. Bu obyektlərdən 150-si artıq dolub", - diplomat qeyd edib.