Quterreş: Qəzza münaqişəsinin heç bir tərəfi beynəlxalq hüquqdan üstün deyil
"Qəzza zolağında münaqişə tərəflərindən heç biri beynəlxalq hüquqdan üstün deyil".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibi Antonio Quterreş deyib.
"IDF-nin quru əməliyyatları və davam edən bomba hücumları zamanı ordu mülki şəxslərə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Heç kim təhlükəsizdə deyil. Eyni zamanda, Həmas və digər yaraqlılar mülki şəxslərdən canlı qalxan kimi istifadə edir və buna davam edir", - baş katib bildirib.
"Gördüyümüz hər şey və beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasından dərin narahatam. Açıq deyim: silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil", - Quterreş əlavə edib.
Teqlər:
"Quterre\u015f: Q\u0259zza m\u00fcnaqi\u015f\u0259sinin he\u00e7 bir t\u0259r\u0259fi beyn\u0259lxalq h\u00fcquqdan \u00fcst\u00fcn deyil"