Menyu

Birləşmiş Ərəb Əmirlikləri Qəzzada səhra xəstəxanası quracaq

Əziz Əzizli
Birləşmiş Ərəb Əmirlikləri Qəzzada səhra xəstəxanası quracaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında hərtərəfli səhra xəstəxanası quracağı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu haqda BƏƏ xəbər agentliui WAM məlumat yayıb. Qəzza əhalisinə humanitar yardımın çatdırılması üçün prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə yardım əməliyyatı başladılıb.

Qəzza zolağında qurulması planlaşdırılan səhra xəstəxanası üçün tibbi ləvazimat və lazımi avadanlıqları daşıyan 5 təyyarənin Misirin Əl-Ariş hava limanına doğru yola düşdüyü bildirilib.

Səhra xəstəxanası 150 çarpayılıq olacaq və mərhələli şəkildə istifadəyə veriləcək.

 Kompleks şəkildə tikintisi planlaşdırılan sahə xəstəxanasında ümumi cərrahiyyə, ortopediya, pediatriya və ginekologiya, anesteziya, reanimasiya, daxili xəstəliklər, stomatologiya, psixoloji klinika, kompüter tomoqrafiyası, laboratoriya və əczaçılıq kimi şöbələr fəaliyyət göstərəcək.

Teqlər:

"Birl\u0259\u015fmi\u015f \u018fr\u0259b \u018fmirlikl\u0259ri Q\u0259zzada s\u0259hra x\u0259st\u0259xanas\u0131 quracaq"

Əlaqəli Xəbərlər