İtaliyanın baş naziri Giorgia Meloni İtaliyanın Albaniyada on minlərlə qeyri-qanuni miqrantı qəbul etmək üçün iki mərkəz tikəcəyini bildirib.
"Operativ Media" xəbər verir ki, o, bu planı Albaniyanın baş naziri Edi Rama ilə Romada keçirdiyi mətbuat konfransında açıqlayıb.
Xanım Meloni gələn ilin yazında açılacaq mərkəzlərin ildə 36 minə qədər insanı qəbul ədə biləcəyini bildirib.
Plan dənizdə italyan qayıqları tərəfindən xilas edilən miqrantlara şamil ediləcək.
"Miqrantlar İtaliya sığınacaq tələblərini araşdırarkən mərkəzlərdə qalacaqlar" deyən xanım Meloni planın hamilə qadınlar, uşaqlar və həssas insanlara şamil edilməyəcəyini söyləyib