Co Bayden və Netanyahu arasında telefon danışığı baş tutub
Əziz Əzizli
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb.
"Operativ Media"nın məlumatına görə, Ağ Evdən verilən açıqlamada , Bayden və Netanyahunun görüş zamanı İsrail, Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə etdiyi bildirilib. Bəyanatda Bayden və Netanyahunun Qəzza zolağında girovların azad edilməsi üçün davam edən səyləri müzakirə etdikləri, liderlərin “Qəzzə zolağına humanitar yardımın artırılmasını alqışladıqları və yardımların əhəmiyyətli dərəcədə artırılmasını müzakirə etdikləri” bildirilib.
Bəyanatda Baydenin Netanyahuya hərbi əməliyyatlar zamanı mülki şəxslərin müdafiəsi lazım olduğunu vurğuladığı və “İki lider mülki şəxslərin davam edən qarşıdurma bölgələrini təhlükəsiz şəkildə tərk etmələrinə imkan verilməsini təmin etmək üçün taktiki fasilənin mümkünlüyünü danışdıqları" bildirilib.
Teqlər:
"Co Bayden v\u0259 Netanyahu aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 ba\u015f tutub"