Menyu

Britaniya şirkəti Polşanın hava hücumundan müdafiə sistemi üçün yeni raketlər hazırlayacaq

Britaniya şirkəti Polşanın hava hücumundan müdafiə sistemi üçün yeni raketlər hazırlayacaq

Avropalı raket istehsalçısı MBDA-nın Britaniya qolu Polşa dövlət müdafiə konserni PGZ ilə yeni CAMM-ER idarəolunan zenit raketlərinin tədarükü üçün 4 milyard funt sterlinqlik (4,9 milyard dollar) müqavilə imzalayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Britaniya və Polşa müdafiə şirkətləri bu gün Polşanın Narew hava hücumundan müdafiə sisteminin yeni mərhələsi çərçivəsində dəyəri 4 milyard funt sterlinqdən çox olan əlamətdar saziş imzalayıblar. İngilis firması MBDA proqram çərçivəsində Polşanın müdafiə şirkəti PGZ ilə subpodrat imzalayıb. Müqavilənin məqsədi Polşa Silahlı Qüvvələrini qanadlı raketlər və 40 km-dən çox uçuş məsafəsi olan qırıcı təyyarələr kimi hava məkanı təhdidlərinə qarşı mübarizə aparmaq üçün raketlər buraxmağa qadir olan qabaqcıl yerüstü hava hücumundan müdafiə sistemi ilə təmin etməkdir. Bu proqrama mindən çox silah yaradılması daxildir", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, Böyük Britaniya və Polşa arasında indiyə qədər bağlanmış ən böyük kommersiya müqaviləsidir. Xəbərdə əlavə edilir ki, Böyük Britaniya yaxın illərdə Polşaya respublika ərazisində raket istehsalına yardım edəcək.

Teqlər:

"Britaniya \u015firk\u0259ti Pol\u015fan\u0131n hava h\u00fccumundan m\u00fcdafi\u0259 sistemi \u00fc\u00e7\u00fcn yeni raketl\u0259r haz\u0131rlayacaq"

Əlaqəli Xəbərlər