Menyu

Hizbullah rəhbərinin müavini: Genişmiqyaslı qarşıdurmanı istisna etmirik

Hizbullah rəhbərinin müavini: Genişmiqyaslı qarşıdurmanı istisna etmirik

"Hizbullah təşkilatı yəhudi dövlətinin Qəzza zolağında hücumunu davam etdirəcəyi təqdirdə, "tam qarşıdurmaya" qədər İsraillə sərhəd bölgələrə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumlarını gücləndirəcək". 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin "NBC News" telekanalına müsahibəsində Hizbullah liderinin müavini Şeyx Naim Kassem bildirib.

"Hizbullah Qəzza zolağına təzyiqi azaltmaq üçün münaqişədə iştirak edir", - Kassem deyib.

Onun sözlərinə görə, təşkilatın İsrail ərazisini atəşə tutması İsrail hakimiyyətinə quru əməliyyatının genişləndirilməsi ilə bağlı "aydın siqnal" olmalıdır ki, hüumlar davam edərsə, anklavda "ciddi nəticələrə səbəb olacaq".

"Əgər İsrail və ABŞ hücumları eyni ruhda davam etdirsələr, onu daha da gücləndirsələr və indikindən də mənfi təsir göstərsələr, bu, gərginliyin artmasına səbəb olacaq", - o əlavə edib.

Teqlər:

"Hizbullah r\u0259hb\u0259rinin m\u00fcavini: Geni\u015fmiqyasl\u0131 qar\u015f\u0131durman\u0131 istisna etmirik"

Əlaqəli Xəbərlər