Menyu

ABŞ: Fələstinlilərin Qəzzadan kənara məcburi köçürülməsini dəstəkləmirik

ABŞ: Fələstinlilərin Qəzzadan kənara məcburi köçürülməsini dəstəkləmirik

"ABŞ fələstinlilərin Qəzza zolağından kənara məcburi köçürülməsini dəstəkləmir". 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

"Birləşmiş Ştatlar bu və ya digər formada fələstinlilərin Qəzzadan kənara məcburi köçürülməsini dəstəkləmir. Bu, bizim riayət etdiyimiz siyasət deyil", - deyə Patel müvafiq sualı cavablandırıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller, ABŞ dövlət katibi Antoni Blinken Fələstin prezidenti Mahmud Abbasla görüşdə fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxış edib və Vaşinqtonun Yaxın Şərq münaqişəsinin iki dövlətli həllini dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər