Menyu

Yaxın Şərqdə həlak olan BMT əməkdaşlarının sayı 99-a çatıb - YENİLƏNİB

Yaxın Şərqdə həlak olan BMT əməkdaşlarının sayı 99-a çatıb - YENİLƏNİB

Fələstin-İsrail münaqişəsinin qızışmağa başlamasından bəri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında öldürülən əməkdaşlarının sayı 99-a çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Qeyd edək ki, bundan əvvəl 92 nəfərin öldüyü bildirilirdi. 

*** 19:40

"Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri BMT-nin 92 əməkdaşı ölüb".

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"Qəzza zolağında 92 həmkarını itirmiş bir təşkilatı idarə etməyin necə bir şey olduğunu təsəvvür edə bilərsinizmi? Sizə deməliyəm ki, bu, çox çətindir", - Quterreş "Reuters" agentliyinə müsahibəsində deyib.

Baş katib vurğulayıb ki, anklavda mülki vətəndaşlardan ölənlərin sayının artması İsrailin hərbi əməliyyatlarda səhvə yol verdiyini göstərir ki, bu da İsrail hakimiyyəti haqqında dünya ictimaiyyətində mənfi fikir formalaşdırır.

Teqlər:

"Yax\u0131n \u015e\u0259rqd\u0259 h\u0259lak olan BMT \u0259m\u0259kda\u015flar\u0131n\u0131n say\u0131 99-a \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər