BMT: Kipr probleminin həllində geri dönüşü olmayan nöqtəyə yaxınlaşırıq
"Kipr probleminin həlli prosesin bütün iştirakçılarından təcili səylər tələb edir, çünki zamanla geri dönüş nöqtəsi yaxınlaşır".
"Operativ Media" xəbər verir ki, bunu Kipr Sammiti forumunda BMT baş katibinin Kiprdəki xüsusi nümayəndəsi, eyni zamanda Kiprdəki BMT Sülhməramlı Qüvvələrinin komandanı olan Kolin Stüart deyib.
"Problem nəinki getdikcə həll olunmaz hala gəlir, həm də tezliklə geri dönüşü olmayan nöqtəyə yaxınlaşa bilərik", - diplomat qeyd edib.
Stüartın sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları artır və hər iki tərəf üçün məqbul həll yolu tapmaq imkanı getdikcə yox olur. Bu mənada o, Kipr Rum və Kipr türk icmalarının liderləri arasında BMT-nin Kipr problemi üzrə nümayəndəsinin təyin edilməsi ilə bağlı konsensusun əldə olunduğu barədə xəbərləri ürəkaçan hesab edib.
Teqlər:
"BMT: Kipr probleminin h\u0259llind\u0259 geri d\u00f6n\u00fc\u015f\u00fc olmayan n\u00f6qt\u0259y\u0259 yax\u0131nla\u015f\u0131r\u0131q\u00a0"