Menyu

KİV: Bayden və Tsinpin ABŞ-Çin hərbi təmaslarının bərpasını elan edəcəklər

KİV: Bayden və Tsinpin ABŞ-Çin hərbi təmaslarının bərpasını elan edəcəklər

"Noyabrın 15-də Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tsinpin iki ölkənin hərbi idarələri arasında təmasların bərpa olunacağını elan etmək niyyətindədirlər". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtona son səfəri zamanı açıq şəkildə bildirib ki, Çin iki ölkənin müdafiə nazirlikləri arasında rabitə kanallarını bərpa etməyə hazırdır.

Portal xatırladıb ki, Çinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərinə etiraz olaraq 2022-ci ildə fəaliyyətini dayandırdığı bu kanalların işini bərpa etmək Ağ Evin əsas prioritetlərindən biridir. 

Teqlər:

"K\u0130V: Bayden v\u0259 Tsinpin AB\u015e-\u00c7in h\u0259rbi t\u0259maslar\u0131n\u0131n b\u0259rpas\u0131n\u0131 elan ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər