Gürcüstan prezidenti Aİ-yə üzvlük üçün imzatoplama kampaniyasına başlayıb
Gürcüstan prezidenti Salome Zurabişvili respublika sakinləri arasında Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı imzatoplama kampaniyasına başlayıb.
"Operativ Media" xəbər verir ki, dövlət başçısı bu niyyətini prezident sarayının yaxınlığında keçirilən mitinqdə bəyan edib.
"Sabahdan etibarən sarayımızı imzalar üçün açacağıq, lakin bu gün də kimin imkanı varsa, həyətə girib imza ata biləcək", - Zurabişvili bildirib.
Zurabişvili qeyd edib ki, kampaniyanı hamı imzalaya biləcək. Fiziki imkanlarına görə prezident sarayına gələ bilməyənlər uzaqdan öz iradələrini ifadə edə biləcəklər. Gürcüstanın regionlarının sakinləri də imza atmaq imkanı əldə edəcəklər. Daha sonra bu imzalar Brüsselə göndəriləcək.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü bildirib ki, təşkilat Aİ Şurasına Gürcüstana ittifaqa üzvlük üçün namizəd statusu verilməsini tövsiyə edir. AK Gürcüstanda aparılan islahatları müsbət qiymətləndirib, lakin bəyan edib ki, ölkədə hələ görüləsi işlər var.
Teqlər:
"G\u00fcrc\u00fcstan prezidenti A\u0130-y\u0259 \u00fczvl\u00fck \u00fc\u00e7\u00fcn imzatoplama kampaniyas\u0131na ba\u015flay\u0131b"